Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 631 milyon dollar olub
sizinxeber.az xəbər saytı

Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 631 milyon dollar olub


Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 631 milyon ABŞ dolları olub.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib. Bildirib ki, 2024-cü ildə ölkəyə daxil olan pul baratlarının həcmi 1 mlrd. 83 mln. dollar təşkil edib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (497 milyon ABŞ dolları), Türkiyədən (176 milyon ABŞ dolları), ABŞ-dan (65 milyon ABŞ dolları), Gürcüstan (35 milyon ABŞ dolları) və Böyük Britaniyadan (34 milyon ABŞ dolları) daxil olub.

Ötən il ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (150 milyon ABŞ dolları), ABŞ (60 milyon ABŞ dolları), Rusiya (58 milyon ABŞ dolları), Gürcüstan (45 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (28 milyon ABŞ dolları) qərarlaşıb.

Oxşar xəbərlər

AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb
Altı ayda Azərbaycana xaricdən 568 mln. dollar pul baratı daxil olub
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 62%-dən çox azalıb
Azərbaycan ötən il Rusiyanın süd məhsullarının TOP-5 alıcısından biri olub
Azərbaycan Gürcüstandan təqribən 2,6 milyon dollar dəyərində elektrik enerjisi alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər