“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
“Bank VTB Azərbaycan” ASC 2024-cü ilin üçüncü rübünü 6,14 milyon manat xalis mənfəətlə başa vurub.
"APA-Economics" bankın maliyyə hesabatın istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29% və ya 2,5 milyon manat azdır. Ötən ilin eyni dövründə bank 8,64 milyon manat mənfəət əldə edib.
Bu ilin doqquz ayında “Bank VTB Azərbaycan”ın cəmi gəlirləri 33,45 milyon manat, cəmi xərcləri isə 27,75 milyon manat, əməliyyat mənfəəti isə 4,2 milyon təşkil edib.
İllin əvvəli ilə müqayisədə 2024-cü ilin oktyabrın 1-nə bankın cəmi aktivləri 20% artaraq 299,15 milyon manat olub. Bunun 225,69 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Hesabat dövründə bankın öhdəlikləri 27,2% artaraq 201,5 milyon manata, cəmi kapitalı isə 6,6% artaraq 97,6 milyon manata bərabər olub. Bu ilin üçüncü rübündə bankın yığılmış zərəri isə 220,1 milyon manat təşkil edib.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995 %-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005 %-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.
Oxşar xəbərlər
ASCO 6 ayda 17 mln. manat zərər edib
Azərbaycanın bank sektorunun aktivləri 9%-dən çox artıb
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
