Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb
sizinxeber.az xəbər saytı

Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb


Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalayıb, Milli Məclisdə 11 qanun qəbul edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib:

"62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib".

Oxşar xəbərlər

Sahibə Qafarova: Keçmiş məcburi köçkünlərin 140 minə çatacaq yurdlarına qayıtma prosesi sürətlə davam edir
Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə 285 milyon manat ayrılacaq
Ağdam şəhər sakinləri sosial müdafiə və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi
Nazir: 2019-2024-cü illər ərzində 830 mindən çox praktik sosial ödəniş təyinatı aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər