"Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib
Dünyanın ən iri qaz-kondensat yataqlarından biri olan Şahdəniz yatağında indiyədək (01.05.2025 tarixinə) 278 milyard kubmetr qaz və 53,6 milyon ton kondensat hasil olunub.
Bu barədə "Sizinxeber.az-Economics" 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində SOCAR-ın təqdim etdiyi məlumatlara istinadən xəbər verir.
Bildirilib ki, hasilat Şahdəniz-1 layihəsi üzrə 2006-cı ildə, Şahdəniz-2 layihəsi üzrə isə 2018-ci ildə başlanıb. Bu dövr ərzində yataqdan hasil olunan qazın 199,6 milyard kubmetri ixrac edilib.
Məlumata əsasən, 2026-cı ildə Şahdəniz üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) imzalanmasının 30 illiyi və ilk kommersiya qaz hasilatının başlanmasının 20 illiyi tamam olacaq.
Eyni zamanda, Şahdəniz Kompressiya Layihəsi çərçivəsində əlavə 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat hasilatı potensialının mövcud olduğu qeyd edilir. Layihə çərçivəsində aşağı təzyiqli laylardan əlavə hasilatın 2029-cu ildən etibarən təmin olunması nəzərdə tutulur.
Kompressiya platformasının elektrik enerjisi ilə işləyəcəyi və Səngəçal Terminalından çəkilən sualtı kabel vasitəsilə enerji ilə təmin olunacağı bildirilir.
Oxşar xəbərlər
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
“Şahdəniz” yatağından hasil edilmiş qazın həcmi 250 milyard kubmetrə çatıb
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən kondensat və qazın həcmi açıqlanıb
AÇG ilə "Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb
AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti açıqlanıb
