Uraloğlu: Zəngəzur dəhlizinin Azərbaycan tərəfində işlər yekunlaşmaq üzrədir
sizinxeber.az xəbər saytı

Uraloğlu: Zəngəzur dəhlizinin Azərbaycan tərəfində işlər yekunlaşmaq üzrədir


Zəngəzur dəhlizi üzrə Azərbaycan tərəfində işlər yekunlaşmaq üzrədir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi üzrə işlər davam edir və Türkiyə öz hissəsində tikintiyə başlayıb.

Onun sözlərinə görə, Türkiyə tərəfində yerləşən 224 kilometrlik Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin tenderi keçirilib və işlərə start verilib. Naxçıvandakı təxminən 180 kilometrlik xətt üzrə də bu il işlərin davam etdirilməsi planlaşdırılır.

Uraloğlu qeyd edib ki, layihədə əsas tamamlanmamış hissə Ermənistan ərazisindən keçən 41–43 kilometrlik Zəngəzur keçididir.

“Azərbaycan tərəfində də işlər yekunlaşmaq üzrədir, bəzi hissələr artıq tamamlanıb. Qalan isə 41 və ya 43 kilometrlik Zəngəzur keçididir, yəni Ermənistan ərazisindən keçən hissə. Bildiyiniz kimi, buna bəzən “Tramp dəhlizi” də deyilir. Orada ABŞ və Azərbaycanın razılığı ilə prosesin başlamasını gözləyirik” -deyə Uraloğlu qeyd edib.

Nazir əlavə edib ki, layihə başa çatdıqdan sonra ümumilikdə 860 kilometrlik nəqliyyat xətti işlək vəziyyətə gətiriləcək və bu, Türkiyə ilə Türk dünyası və Orta Asiya arasında daha qısa bağlantı yaradacaq.

Oxşar xəbərlər

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında sülhə töhfə verəcək
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də baş tutacaq
Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq
Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir
Nazir: Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti ilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində ən konkret addımlardan birini atırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər