Bərdədə ağır qəza: 10 nəfər yaralandı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
may
2026
14:49
0
0
1 002
ff aaaaaaa

Bərdədə ağır qəza: 10 nəfər yaralandı

31 may, 2026
14:49
1 002

Bərdədə ağır qəza: 10 nəfər yaralandı

Bərdə rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan VAZ-21015 markalı avtomobil "Mersedes" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub. Güclü zərbənin təsirindən "Mersedes" idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan şəxslər — 1994-cü il təvəllüdlü Babayev Orxan Vüqar oğlu, 2004-cü il təvəllüdlü Hacıyev Röyal Rövşən oğlu, 2007-ci il təvəllüdlü Hətəmov Ayxan Natiq oğlu, 2007-ci il təvəllüdlü Nəcəfli Mirşahin Yelmar oğlu, 1979-cu il təvəllüdlü Paşayev Efras Ayaz oğlu, 1990-cı il təvəllüdlü Həmidova Rabella Əlibaba qızı, 2018-ci il təvəllüdlü Həmidzadə Ömər Kamandar oğlu, 1964-cü il təvəllüdlü Həmidova Səkurə Yaqub qızı, 1963-cü il təvəllüdlü Həmidov Həmid Fərrux oğlu və 1988-ci il təvəllüdlü Həmidov Kamandar Həmid oğludur.

Yaralılar dərhal Bərdə Müalicə Diagnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul