“Bank Melli İran”ın Bakı Filialının mənfəəti 39%-ə yaxın azalıb
“Bank Melli İran”ın Bakı Filialı 2025-ci ilin ilk rübünü 1,53 milyon manat xalis mənfəətlə başa vurub. Bu 2024-cü ilin eyni dövrünə nisbətən 38,5% və ya 961 min manat azdır.
"Sizinxeber.az-Economics" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə filial 1,38 milyon manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 20% çoxdur. Bu dövrdə Filialın faiz xərcləri isə olmayıb.
Ötən ildən etibarən “Bank Melli İran” kredit verilişini dayandırdığı üçün aktivlər üzrə ehtiyat ayırmaları geri çəkməkdə davam edib. İlin ilk rübündə bu rəqəm 538 min manat təşkil edib. Bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 70% azdır.
Ümumilikdə Filialın ilk rübdə vergidən əvvəlki mənfəəti 1 milyon 529,3 min manat (38,5% az) təşkil edib. Bu dövr üzrə mənfəət vergisi isə ödənilməyib.
Belə ki, 2025-ci il aprelin 1-nə Filialın cəmi aktivləri 0,7% və ya 870 min manat artaraq 119,97 milyon manat təşkil edib. Həmçinin, kredit portfeli 19,5% azalaraq 1,2 milyon manat təşkil edib. 2024-cü ilin sonunda bu rəqəm 1,49 milyon manat təşkil edib.
Bu il aprelin 1-nə bankın öhdəlikləri 2025-ci ilin əvvəlinə nisbətən 0,9% azalaraq 69,5 milyon manata enib. Filialın cəmi kapitalı isə bu dövrdə 3,2% artaraq 50,47 milyon manata bərabər olub. “Bank Melli İran”nın Bakı Filialının yığılmış zərəri 24,67 milyon manatdan 23,14 milyon manata enib.
Oxşar xəbərlər
“Bank Melli İran”ın Bakı Filialı ötən il kiçilib - Hesabat
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
“Azərbaycan Sənaye Bankı”nın depozit portfeli 14 mln. manatdan çox azalıb - Hesabat
"Bank Avrasiya"nın xalis mənfəəti və kredit portfeli azalıb - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












