Azərbaycan Qətərlə iqtisadi əməkdaşlığı genişləndirir
Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Bunu "Report"a açıqlamasında Qətərin Ali Audit Orqanının rəhbəri Jassem AbdulƏziz Al Mannai bildirib.
O bildirib ki, gələcəkdə iki ölkə arasında infrastrukturun inkişafı və ətraf mühitin qorunması sahələrində birgə layihələrin reallaşdırılması planlaşdırılır: “Bu sahələr bizim əsas prioritetlərimizdəndir və tərəflər arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək”.
Qətər rəsmisi qeyd edib ki, Azərbaycan və Qətər arasında xüsusilə süni intellekt (AI) və audit sahəsində təcrübə mübadiləsi aparılması da qarşıdakı dövr üçün önəmli istiqamətlərdəndir: “Biz inanırıq ki, süni intellekt audit sahəsinin gələcəyidir. Azərbaycan və Qətər arasında Hesablama Palatası və digər müvafiq qurumlar çərçivəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə inkişaf edib. Bu əlaqələri daha da genişləndirmək niyyətindəyik”.
Oxşar xəbərlər
Azərbaycan və Cənubi Koreya ali audit sahəsində əməkdaşlığı genişləndirir
Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir
BƏƏ Azərbaycanla audit sahəsində birgə layihələrin reallaşdırılmasını planlaşdırır
ICAP prezidenti: "Azərbaycan və Pakistan arasında audit sahəsində əməkdaşlıq potensialı mövcuddur"
Orxan Məmmədov: “Azərbaycan və Qətər arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün yeni bir mərhələ açılır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













