"Azercell" müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
sizinxeber.az xəbər saytı

"Azercell" müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib


Mobil operator ISO 10002:2018 standartına uyğunluğunu bir daha təsdiqləyib.

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 10002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılması" beynəlxalq standartı üzrə növbəti uyğunluq auditini uğurla tamamlayaraq sertifikatını yeniləyib. Audit "TÜV Austria Azərbaycan" MMC tərəfindən həyata keçirilib.

ISO 10002:2018 standartı müştəri şikayətlərinin operativ və effektiv idarə olunmasını, müraciətlərin şəffaf şəkildə araşdırılmasını və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsini nəzərdə tutur. Sertifikatın yenilənməsi "Azercell"də müştəri müraciətlərinin qəbul edilməsi, araşdırılması və cavablandırılması proseslərinin beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunduğunu təsdiqləyir.

Qeyd edək ki, "Azercell" bu sertifikatı ilk dəfə 2011-ci ildə əldə edib və ötən dövr ərzində müştəri məmnuniyyətinin artırılması istiqamətində tətbiq etdiyi idarəetmə sistemlərini davamlı olaraq təkmilləşdirib.

Məlumat üçün bildirək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) müxtəlif sahələr üzrə beynəlxalq standartların hazırlanmasını həyata keçirən qlobal təşkilatdır.

"Azercell"in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, həmçinin (012) 490 49 49 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 490 52 52 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə günün 24 saatı müraciət etmək mümkündür.

Oxşar xəbərlər

“Azərbaycan Dəmir Yolları” QSC ISO 9001:2015 sertifikatını qazanıb
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
"Azercell" eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
"Azercell Telecom" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
“Azercell” bu qlobal təşəbbüsə qoşulan ilk operator oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər