Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə edilib


Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.

O, rumıniyalı həmkarı Marius Lazurka ilə məhsuldar görüş keçirdiyini bildirib:

"Azərbaycan və Rumıniya arasındakı strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiq edərək ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi üçün imkanları müzakirə etdik. Cənubi Qafqaza coğrafi cəhətdən ən yaxın olan Avropa İttifaqı üzvü dövləti kimi Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq. Fəal siyasi və təhlükəsizlik dialoqumuzu davam etdirmək barədə razılığa gəldik".

Oxşar xəbərlər

Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
SOCAR Rumıniya ilə bir sıra enerji məsələlərini müzakirə edib
Bakı və Buxarest Azərbaycan – Ermənistan sülh prosesinin perspektivlərini müzakirə ediblər
Əli Əsədov Rumıniya Parlamenti Senatının sədri ilə görüşüb
Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər