İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib


Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib:

"Bütün bunlar onu göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir. Ölkə genişmiqyaslı enerji təşəbbüslərinin müəllifi və həyata keçiricisi kimi tanınır. Azərbaycan Avrasiya bölgəsində iri enerji infrastruktur layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edib. Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib. Xüsusilə hazırkı dövrdə, enerji təchizatı marşrutlarının təhlükəsizliyinin və dayanıqlılığının böyük əhəmiyyət daşıdığı bir vaxtda bu rol daha da ön plana çıxır. Enerji təhlükəsizliyi bu gün bütün ölkələr üçün ən vacib meyarlardan biridir".

Oxşar xəbərlər

İlham Əliyev: Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq
İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
Ekspert: "Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından birinə çevrilir"
İlham Əliyev: Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər