DYP 15–22 iyun tarixlərini “Piyadalar, diqqətli olun!” həftəsi elan edib
sizinxeber.az xəbər saytı

DYP 15–22 iyun tarixlərini “Piyadalar, diqqətli olun!” həftəsi elan edib


Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyada intizamının artırılması və yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə işinin genişləndirilməsi məqsədilə 15–22 iyun tarixlərində respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında Hərəkətin Təhlükəsizliyi Həftəliyi elan olunub.

Bu barədə Sizinxeber.az-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Həftəliyin keçirilməsində əsas məqsəd piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yol hərəkəti iştirakçıları arasında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, həmçinin piyadaların yol hərəkəti qaydalarına riayət etməsinin vacibliyi barədə maarifləndirmə işinin daha da gücləndirilməsidir.

Həftəlik çərçivəsində piyadaların daha çox hərəkət etdiyi ərazilərdə profilaktik və maarifləndirici tədbirlər həyata keçiriləcək, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai məlumatlandırma işləri genişləndiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır.

Oxşar xəbərlər

DYP qeyri-sabit havada piyada təhlükəsizliyi ilə bağlı müraciət edib
DYP piyadalara çağırış edib
Həftəsonu yol qəzalarında 3 piyada ölüb
DYP səkilərdə avtomobil saxlayan sürücülərə xəbərdarlıq edib
DYP qayda pozuntuları ilə bağlı piyadalara müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər