Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir
sizinxeber.az xəbər saytı

Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir


Rusiya qazının tədarükündə problem yaranacağı və ya qiymətin artacağı təqdirdə, Ermənistan alternativ qaz mənbələri axtara bilər.

Bu barədə “Armenia Today” Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyana istinadən məlumat yayıb.

“Belə bir vəziyyət yaranarsa, təbii olaraq digər bazarlar və resurslar axtarılacaq. Alternativlər qonşu ölkələrdə — Azərbaycan, Türkmənistan, İran və qaz satan, eləcə də infrastrukturu onun tədarükünə imkan verən bütün dövlətlərdə mövcuddur”, — komissiya rəhbəri brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan hələlik Rusiya qazının qiymətinin artırılması ilə bağlı rəsmi bildiriş almayıb.

Oxşar xəbərlər

Ermənistan qaz təchizatında Azərbaycan, İran və Türkmənistana ümid bəsləyir
Rusiya Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya tədarükünü müzakirə etmir
Ermənistan parlamentinin sədri: Rusiya hərbi bazasının çıxarılmasını müzakirə etmirik
OMV Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə qaz nəqlini istisna etmir
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər