Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
sizinxeber.az xəbər saytı

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək


"Bakı Metropoliteni" QSC 9 May – Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək.

"Sizinxeber.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May – Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Oxşar xəbərlər

Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişib
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
Bayram günlərində Bakı metrosunun iş rejimi dəyişdiriləcək
Bakı metropolitenində bazar günü üçün qatarların iş qrafiki açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər