“13 həftə, 13 avtomobil” kampaniyasına start verilib - VİDEO
Azərbaycanın ən sevilən qazlı sərinləşdirici içki markalarından biri olan Bizon yay mövsümünə yeni lotereya kampaniyası ilə başlayıb. “13 həftə, 13 avtomobil” adlı kampaniya çərçivəsində iştirakçılar hər həftə bir avtomobil qazanmaq şansı əldə edəcəklər.
1 iyun – 30 avqust tarixlərini əhatə edən kampaniya müddətində istehlakçılar lotereyalı Bizon məhsulu alaraq qapağın altındakı xüsusi kod vasitəsilə iştirak edə bilərlər. Kampaniya zamanı hər həftə oynanacaq mükafat müasir dizaynı, rahat idarəetməsi və gündəlik istifadəyə uyğunluğu ilə seçilən Changan Q05 model avtomobildir.
Kampaniyada iştirak etmək üçün istehlakçılar:
- Lotereyalı Bizon bankasını əldə etməli;
- Məhsul üzərindəki QR kodu skan etməli və ya promo.bizon.az ünvanına daxil olmalı;
- Qapağın altındakı kodu və mobil nömrəni bu ünvana daxil etməlidirlər.
Qaliblər hər həftənin bazar ertəsi günü “Bizon Energy” YouTube kanalında canlı yayım vasitəsilə elan ediləcək. İştirakçılar prosesi real vaxtda izləyə biləcəklər. Xüsusi olaraq vurğulayaq ki, qalib müəyyən olunduğu halda məhsulun qapağı mütləq təqdim edilməlidir.
Bizon markası bu yay da istehlakçılarına yaddaqalan təcrübə təqdim etməyə davam edir. 13 həftə boyunca davam edəcək kampaniya yay aylarını daha maraqlı etməyi hədəfləyir.
Oxşar xəbərlər
"Bazarstore”da ilin ən möhtəşəm endirim günləri başladı
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi üçün qeydiyyat davam edir - VİDEO
“Məktəblilərarası Milli Hakaton” üzrə seçim mərhələsi başlayıb
Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek
Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
