BP-nin vitse-prezidenti dayanıqlı enerji strategiyasının əsas sütunlarını açıqlayıb
sizinxeber.az xəbər saytı

BP-nin vitse-prezidenti dayanıqlı enerji strategiyasının əsas sütunlarını açıqlayıb


Dayanıqlı enerji strategiyasının əsasında tələbat, infrastruktur və tərəfdaşlıq dayanır.

"Sizinxeber.az" xəbər verir ki, bunu BP-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti Çingiz Hacıyev Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, enerji sektorunda uzunmüddətli uğurun üç əsas elementi var: "Bu gün dünyada sənayeləşmə, elektrikləşmə və əhalinin artması qaz tələbatını artırır. Qaz bazardan sıxışdırılmır, əksinə ona daha çox ehtiyac duyulur. Enerji təhlükəsizliyinin təmin olunmasında infrastrukturun rolu getdikcə artır. Bu gün yerin altında olan bir qaz kəmərinin dəyəri beş və ya on il əvvəlkindən daha yüksəkdir. Qaz sadəcə yanacaq deyil, iqtisadiyyatları, sənayeləri və ölkələri birləşdirən strateji vasitədir".

BP rəsmisinin sözlərinə görə, Xəzərdən Avropaya uzanan təxminən 3 500 kilometrlik Cənub Qaz Dəhlizi də vaxtilə verilmiş strateji qərarın nəticəsidir: "Bir çoxları bu layihəyə inanmırdı. Bu gün isə həmin infrastruktur geosiyasi qeyri-sabitlik şəraitində enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir".

Oxşar xəbərlər

İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir
Ulf Haytmüller: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir"
Ulf Haytmüller: "Almaniya SOCAR ilə strateji tərəfdaşlığı genişləndirmək istəyir"
Azərbaycan qaz ixracını yeni layihələr hesabına artırmağı planlaşdırır
Prezident: "Strateji yanaşmalar enerji sektorunda Azərbaycanın inkişafına yeni imkanlar yaradır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər