UN-Habitat: Afrikada şəhərin bərpası ilə bağlı yeni model tətbiq edilə bilər
sizinxeber.az xəbər saytı

UN-Habitat: Afrikada şəhərin bərpası ilə bağlı yeni model tətbiq edilə bilər


Afrikada şəhərin bərpası ilə bağlı yeni model tətbiq edilə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Tarek Osseiran Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "İnteqrasiya olunmuş Şəhər Həlləri və Mənzil üçün İnsan Təhlükəsizliyindən İstifadə - BMT-nin Birgə Fəaliyyətindən Dərslər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 'Vahid BMT' yanaşmasının istər Liviyada, istərsə də regionun digər yerlərində necə tətbiq oluna biləcəyinə dair bir metodiki vəsait (toolkit) hazırlamaq olar: "Təcrübəyə əsaslansaq, bu yanaşma insanların səviyyəsinə endikdə yaxşı işləyir. Məhz bu zaman o, həqiqətən reallığa çevrilir. Bu, sadəcə nəzəriyyə və qəşəng birgə layihələrin dizaynı demək deyil. Bu, həqiqətən insanlarla birlikdə icra etdiyiniz zaman real olur. Hesab edirəm ki, UNICEF, BMT Qadın Qurumu və UN-Habitat arasındakı bu kombinasiya, problemə üç fərqli bucaqdan baxmağı təmin etdi. Hər bir BMT agentliyinin öz mandatı, öz təcrübəsi var. Beləliklə, bütün bunlar birlikdə, Tripolidəki insanların rifahı naminə ortaya qoyuldu. Layihə Tripolinin ən, kritik məhəllələrindən biri olan Bab əl-Təbbanədə həyata keçirilirdi və hələ də davam edir".

"UN-Habitat olaraq masaya, idarəetmə, əsas xidmətlər, mənzil sektoru və həmçinin ictimai məkanlar baxımından öz təcrübəmizi gətiririk. UNICEF isə, uşaqlar, təhsil, səhiyyə və əlbəttə ki, BMT Qadın Qurumu: gender, dolanışıq (yaşayış vasitələri) və müdafiə sahələrini təmin edir. bütün bunlar insanlara dəstək olmaq üçün bir araya gəldikdə, məhz bu yolla biz əhalinin çoxşaxəli ehtiyaclarını həqiqətən qarşılaya bilərik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

UN-Habitat: Məhəllə profilləri şəhər planlaşdırmasında daha dəqiq müdaxilələrə imkan verir
UN-Habitat: Davamlılıq milli mənzil siyasətlərində əsas prioritetə çevrilib
UN-Habitat ərəb ölkələrində mənzil siyasəti islahatı üçün "mənzil profilləri" tətbiq edir
UN-Habitat: Zəif mülkiyyət hüququ həssas qrupları mənzil təminatından kənar edir
UN-Habitat: Miqrantlar, nəqliyyat və boş mənzillər milli siyasətlərdə zəif əks olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər