İraq aprel ayında Hörmüz vasitəsilə təxminən 10 milyon barel neft ixrac edib
sizinxeber.az xəbər saytı

İraq aprel ayında Hörmüz vasitəsilə təxminən 10 milyon barel neft ixrac edib


İraq aprel ayında Hörmüz boğazı vasitəsilə təxminən 10 milyon barel neft ixrac edib.

"Sizinxeber.az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Basim Məhəmməd bildirib.

Qeyd edilib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlamazdan əvvəl İraq bu marşrutla ayda təxminən 93 milyon barel ixrac edib.

Bundan başqa, nazirin sözlərinə görə, İraq Kərkük-Ceyhan boru kəməri vasitəsilə neft ixracını davam etdirir:

"Biz Ceyhan limanı vasitəsilə gündəlik 200 min barel ixrac edirik və bu həcmi gündəlik 500 min barelə çatdırmağı planlaşdırırıq".

B.Məhəmməd əlavə edib ki, İraq həmçinin ölkənin hasilat və ixrac imkanlarını artırmaq üçün OPEC ilə əməkdaşlıq etmək niyyətindədir. Bağdad istehsal gücünü sutkada 5 milyon barel neftə çatdırmağı nəzərdə tutur.

Oxşar xəbərlər

İraqın neft naziri: "Ceyhan boru kəməri ilə ixrac yaxın günlərdə bərpa olunacaq"
İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir
BEA: Azərbaycanda martda gündəlik neft hasilatı təxminən 470 min barel olub
Fevralda BTC ilə neft ixracı 1 % azalıb
IEA: Azərbaycan apreldə “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər