Rüfət Mahmud: "Xalçaçılıq forumu Azərbaycan xalçalarını dünyaya tanıdacaq"
Bakıda keçirilən II Beynəlxalq Xalça Festivalı çərçivəsində təşkil olunmuş forum keyfiyyəti ilə seçilən Azərbaycan xalçalarını dünyaya tanıdacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud forumda bildirib.
"Forum Azərbaycanda xalçaçılığın dirçəldilməsinə yönəlib. Buraya toplaşmış xalça mütəxəssisləri bu sənət barədə ətraflı müzakirələr aparacaqlar. Mən isə buna daha çox praktiki tərəfdən yanaşıram, idarəetmə və inkişaf prizmasından nəzər yetirirəm. Xalçaçılıq sadəcə mədəniyyət deyil, eyni zamanda inkişaf edən sahədir. Burda çox böyük potensial var", - o vurğulayıb.
Onun sözlərinə görə, son illər Azərbaycanda xalçaçılığın inkişafı müşahidə olunur: ""İçərişəhər"də yeni xalça dükanları açılır. Azərbaycana gələn turistlərin xalçalarımıza olan marağını görürük".
Oxşar xəbərlər
"Azərxalça": Azərbaycanın müasir xalçaları ilk təqdimatdan satılır
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib
Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalının tarixi açıqlanıb
Latviyanın muzey direktoru: “Xalçaçılıq ənənələrimiz oxşar xüsusiyyətlərə malikdir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
