Səudiyyə Ərəbistanı Yaxın Şərq ölkələrində milyardlarla ağac əkməyi planlaşdırır
Səudiyyə Ərəbistanı Yaxın Şərq ölkələrində milyardlarla ağac əkməyi planlaşdırır
Səudiyyə Ərəbistanı bütün Yaxın Şərqdə milyardlarla ağac əkməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Həyat Keyfiyyəti Proqramı Mərkəzinin nümayəndəsi Abdullah C. Əlhərbi WUF13 çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə başladılmış Saudi Green Initiative çərçivəsində artıq 151 milyondan çox ağac əkilib.
"Biz bütün Yaxın Şərqdə milyardlarla ağac əkməyi planlaşdırırıq", - Əlhərbi qeyd edib.
O vurğulayıb ki, yaşıl məkanların inkişafı eyni zamanda əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və şəhərlərin iqlim davamlılığına töhfə verir.
"Əgər inkişafın və transformasiyanın mərkəzində insanlar dayanırsa, ekoloji üstünlüklər öz-özünə yaranacaq", - Səudiyyə Ərəbistanının nümayəndəsi bildirib.
