İnti Munaz: Mexiko üçün müasirlik anlayışı ilə tarixiliyin balanslaşdırılması prioritetdir
sizinxeber.az xəbər saytı

İnti Munaz: Mexiko üçün müasirlik anlayışı ilə tarixiliyin balanslaşdırılması prioritetdir


Mexiko ən çox turist qəbul edən şəhərlərdən biridir və şəhər rəhbərliyi üçün müasirlik anlayışı ilə tarixiliyin balanslaşdırılması prioritetdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Mexiko Şəhəri Mənzil Katibliyinin rəhbəri İnti Munaz Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni İrsin və İnklüziv Şəhər Rejenerasiyasının Yenidən Düşünülməsi" adlı müzakirədə deyib.

O deyib ki, Mexiko tarixi abidələrə canlı orqanizm kimi yanaşır:

"Bizim öhdəliyimiz tarixi keçmişi qorumaqdır. Üstəlik, biz həmin məhəllələrin yerli əhalisinin başqa yerə köçməməsi üçün də əlimizdən gələni edirik. Çünki həmin tarixi binalar qədər orada yaşayan insanlar da bizim üçün vacib nüansdır".

İnti Munaz tarixiliyin sadəcə turistik vasitə kimi istifadəyə qarşı olduğunu deyərək qeyd edib ki, həmin ərazilərdə mədəni-kütləvi yanaşmanın da tətbiq edilməsi vacibdir.

Oxşar xəbərlər

ADB: Bələdiyyələrin aşağı kredit qabiliyyəti əlçatan mənzil təminatı üçün əsas maneə olaraq qalır
Səbinə Hacıyeva: Azərbaycan İçərişəhərə turistlər üçün məkan kimi yanaşmır
İsmayıl Serageldin: Şəhərlər böyüməli və ətraf mühitlə davamlı təmasda olmalıdır
Meksikalı nazir: Şəhər regenerasiyası azruolunmaz nəticələrə səbəb olmamalıdır
Səadət Yusifova: Azərbaycan mədəni irsin rəqəmsal transformasiyasında beynəlxalq əməkdaşlığa önəm verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər