Səbinə Hacıyeva: Azərbaycan İçərişəhərə turistlər üçün məkan kimi yanaşmır
Azərbaycan İçərişəhərə turistlər üçün məkan kimi yanaşmır, orada daimi əhali yaşayır, işləyir, həyat sürür.
"Report" xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni irsin və inklüziv şəhər rejenerasiyasının yenidən düşünülməsi" adlı müzakirədə deyib.
O deyib ki, hər hər zaman inkişafda olur və burada turizm ən vacib aspektlərdən biri olsa da, öncəlik hesab edilməməlidir.
"İnklüziv genişlənmədən danışırıqsa, ümumən şəhər üslubunun qorunmasında Azərbaycan nümunəsinə diqqət çəkmək istəyirəm. Məsələn, İçərişəhər. Oraya biz turistlər üçün məkan kimi yanaşmırıq, İçərişəhərdə daimi əhali yaşayır, işləyir, həyat sürür. Biz İçərişəhədəki tarixi atmosferi maksimum şəkildə mühafizə edirik, çünki biz oraya Bakının ürəyi kimi yanaşırıq".
Xidmət rəisi Qarabağa qayıdış və bərpa prosesinə də diqqət çəkib.
"Biz bu gün Qarabağda ağıllı kəndlər inşa edirik, insanların ehtiyaclarına əsasən şərait qururuq. Bu bizim üçün yeni və əsaslı təcrübədir".
XƏBƏR YENİLƏNİR
Oxşar xəbərlər
İnti Munaz: Mexiko üçün müasirlik anlayışı ilə tarixiliyin balanslaşdırılması prioritetdir
İsmayıl Serageldin: Şəhərlər böyüməli və ətraf mühitlə davamlı təmasda olmalıdır
Səadət Yusifova: Azərbaycan mədəni irsin rəqəmsal transformasiyasında beynəlxalq əməkdaşlığa önəm verir
Aloo-Obudho: WUF13 Azərbaycanın dialoq platforması kimi rolunu ön plana çıxarır
BMT: Azərbaycan WUF13-də dialoq üçün məkan yaratmaqla dünyaya nümunə olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
