Gülşən Rzayeva: "Bakıdakı WUF13 əvvəlki forumların rekordunu qırıb"
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) ötən gün iştirak edən özəl sektorun nümayəndələrinin sayına görə daha əvvəlki WUF-ların rekordunu qırıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.
Onun sözlərinə görə, ötən gün WUF13-da iştirak edənlərin 11 %-dən çoxu özəl sektorun nümayəndələri olub: "Özəl sektor istənilən şəhərdə həqiqətən çox vacib bir oyunçudur. Dünənki statistika göstərib ki, ümumi iştirakçıların - onlayn qeydiyyatdan keçənlər deyil, fiziki olaraq iştirak edənlərin 11 %-dən çoxu özəl sektorun nümayəndələridir. Bu, çox yaxşı bir rəqəm və əla göstəricidir. Biz əvvəlki WUF-ların rekordunu qırdıq. Əgər milli hökumətlərin təmsilçiliyi 16 %-dirsə, ardınca bütün universitetlərin tədqiqatlarını gətirən akademiya gəlir və onlardan sonra 11 % həqiqətən böyük rəqəmdir".
O bildirib ki, şəhərlərin necə planlaşdırılması olduqca mühüm məsələdir: "Buna görə də şəhərsalma, şəhərlərin necə layihələndirilməsi və formalaşdırılması bizim üçün çox vacibdir. Şəhərin necə layihələndirilməsi və planlaşdırılması birbaşa insanların qavrayışına və onların həyat keyfiyyətinin yüksək, ya da azı yaxşı səviyyədə olmasına təsir edir".
Oxşar xəbərlər
Kolbaya: Gürcüstanda torpaqların sistemli qeydiyyatı yolu ilə qeyri-rəsmi yaşayış məskənləri qanuniləşdirilib
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
