WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
O qeyd edib ki, bu proses getdikcə daha da intensivləşir: "Çox sevindirici haldır ki, onların 13,3 %-i sahibkarlıq subyektlərini təmsil edir və bu da Dünya Şəhərsalma Forumu tarixində ən yüksək göstəricidir".
A.Quliyev vurğulayıb ki, şəhərsalma sahəsində həyata keçirilən islahatlar yalnız infrastruktur layihələri ilə məhdudlaşmır: "Bu, eyni zamanda iqtisadi artımın stimullaşdırılması, məşğulluğun artırılması və innovasiyanın inkişafı üçün mühüm mexanizmdir. Bu prosesdə sahibkarlar əsas hərəkətverici qüvvə kimi çıxış edirlər. Əminəm ki, dövlət və özəl sektorun səmərəli əməkdaşlığı nəticəsində Azərbaycan şəhərləri regionun ən müasir, dayanıqlı və rəqabətqabiliyyətli yaşayış mərkəzlərinə çevriləcək".
Oxşar xəbərlər
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun tarixləri dəqiqləşib
Azərbaycanda 68 şəhərin baş planı təsdiqlənib
BMT-nin iclasında WUF13 müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
