Bakıda avtobuslarda xarici bank kartları ilə ödəniş imkanı yaradılıb
sizinxeber.az xəbər saytı

Bakıda avtobuslarda xarici bank kartları ilə ödəniş imkanı yaradılıb


Bakıda ictimai nəqliyyatda xarici emissiyalı bank kartları vasitəsilə NFC texnologiyası əsasında təmassız ödəniş imkanı yaradılıb.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.

Oxşar xəbərlər

AMB: Ötən il bank kartlarının dövriyyəsi 126 mlrd. manatı ötüb
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər
“Bakubus”ın bütün avtobuslarında bank kartı ilə ödəniş mümkündür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər