Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər
sizinxeber.az xəbər saytı

Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər


Azərbaycanda (Banklar və “Azərpoçt” MMC sistemləri üzrə) 2024-cü ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkil edib.

Bu barədə "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə bank kartlarının sayı 17.6% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.

2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,360 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,121 mln. manatı POS-terminallar, 3.7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64.2%-ni təşkil edib.

AMB-dən əlavə edilib ki, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 6.2%, POS-terminalların sayı 38.4% artıb.

Oxşar xəbərlər

Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ödəniş kartlarının sayı 18.3 mln. ədədi ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər