AMB: Ötən il bank kartlarının dövriyyəsi 126 mlrd. manatı ötüb
sizinxeber.az xəbər saytı

AMB: Ötən il bank kartlarının dövriyyəsi 126 mlrd. manatı ötüb


2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard manatdan artıq olub. Bu isə 2023-cü il ilə müqayisədə 27%-lik artım deməkdir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov deyib.

O bildirib ki, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb.

Eyni zamanda, 2025-ci ilin ilk dörd ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67%-dən, sayı isə 91%-dən çox olub. Bu isə, ödəniş kartları ilə ölkədaxili edilən hər on əməliyyatdan doqquzunun nağdsız şəkildə həyata keçirilməsi deməkdir.

Oxşar xəbərlər

Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 7 mln. manata yaxınlaşıb
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Azərbaycanda ödəniş kartlarının sayı 20 mln. ədədi ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər