Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
2024-cü ilin 1 noyabr tarixinə Azərbaycanda banklar və “Azərpoçt” sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 238 min ədəd artaraq 19 milyon 162 min ədəd təşkil edib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.5%, kredit kartları üzrə 3.5% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,506 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6,359 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,139 mln. manatı POS-terminallar, 7.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.8%-ni təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ödəniş kartlarının sayı 18.3 mln. ədədi ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1.5 mlrd. manata yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












