Davosda Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası müzakirə edilib
Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakında "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak etdik. Uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş olaraq fəal təşəbbüsləri, ədalətli yanaşma və "yaşıl enerji”yə keçidi strategiyası, həmçinin ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr barədə fikirləri bölüşülüb.
Prezident İlham Əliyevin () Davos İqtisadi Forumunda () iştirakı çərçivəsində "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak etdik. Uğurlu transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin…
— Mikayil Jabbarov (@MikayilJabbarov)
Oxşar xəbərlər
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib
BMT-nin Baş katibi: Qarşımızda ədalətli enerji keçidi vəzifəsi durur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
