Avropa Komissiyasının nümayəndəsi: "Rusiya qazının idxalını tam dayandırmağa çalışırıq"
Avropa Komissiyası (AK) Rusiyanın bütün qalıq yanacaqlarından mərhələli şəkildə imtina etmək planı üzərində işləyir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə AK nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.
“Komissiya, planlaşdırıldığı kimi, mandatının ilk 100 günü ərzində Avropa İttifaqını (Aİ) Rusiyanın qalıq yanacaqlarından tamamilə təmizləmək üzrə plan və ya “yol xəritəsi” təqdim edəcək. Hələ bir az vaxt var”, - sözçü Brüsseldə keçirilən brifinqdə deyib.
A. İtkonenin sözlərinə görə, Aİ artıq Rusiyanın qalıq yanacaqlarından qurtulmaq üçün mühüm tədbirlər görüb və Rusiya qazının idxalı əhəmiyyətli dərəcədə azalıb.
“Biz Rusiyadan kömür idxalını tam dayandırdıq, neft tədarükünün böyük hissəsini, həmçinin qaz tədarükünün üçdə iki hissəsini ixtisar etdik”, - AK sözçüsü bildirib.
A. İtkonen qeyd edib ki, bu əhəmiyyətli nəticələrə baxmayaraq, Rusiya qazı hələ də Avropa bazarında mövcuddur və onlar bunun belə olmamasını üstün tuturlar.
“Qarşıdakı həftələrdə təqdim olunacaq “yol xəritəsində” nəzərdə tutulan məsələlərdən biri də məhz bununla bağlıdır”, - o söyləyib.
Oxşar xəbərlər
Rusiya qazının Avropaya tədarükü dayandırıldıqdan sonra Aİ-də enerji qiymətlərində artım müşahidə edilmir
Slovakiyanın Baş naziri Avropa Komissiyası ilə qaz tranzitinə dair müzakirələr aparacaq
Avropada qaz qiyməti dekabrın sonundan bəri minimum həddə düşüb
ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər"
Avropada qazın qiyməti dekabrın sonundan bəri minimum həddə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













