Dünya İqtisadi Forumunun nümayəndələri SOCAR-ın strateji hədəfləri barədə məlumatlandırılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumunun enerji keçidi araşdırmaları və regional sürətləndirmə üzrə rəhbəri Espen Mehlum və neft-qaz sənayesi üzrə rəhbəri Renee Van Heusden ilə görüşüb.
Şirkətdən “Sizinxeber.az”a verilən məlumata görə, görüş çərçivəsində SOCAR-ın neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri barədə məlumat verilib. Enerji keçidinin şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit edildiyi diqqətə çatdırılıb, bu sahədə SOCAR ilə beynəlxalq tərəfdaş şirkətlər arasında imzalanan sənədlərin, atılan birgə addımların önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-un iqlim dəyişmələri ilə bağlı atılan addımlara mühüm töhfə verəcəyi əminliklə vurğulanıb.
Tərəflər SOCAR ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, dekarbonizasiya, “Xalis sıfır”, metan emissiyalarının azaldılması, rəqəmsallaşma, həmçinin dayanıqlı apstrim layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR İstiqrazları üzrə 9-cu kupon ödənişi edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
