SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
dek
2023
20:37

SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib

20 dek, 2023
20:37
1 172

SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” şirkəti yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.

Görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan, o cümlədən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi mərhələsi üzrə işlərin uğurla yekunlaşdırılmasından məmnunluq ifadə olunub.

Tərəflər “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, həmçinin “TotalEnergies” və SOCAR arasında dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi kampaniyalarının həyata keçirilməsinə” dair Əməkdaşlıq Sazişi üzrə görülən işləri nəzərdən keçiriblər.

Görüşdə neft-qaz, yaşıl enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın