

SOCAR İstiqrazları üzrə 9-cu kupon ödənişi edilib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstiqrazları üzrə 1 milyon 125 min ABŞ dolları məbləğində 9-cu kupon ödənişi edilib.
“SOCAR Capital” şirkətindən “Report"a verilən məlumata əsasən, SOCAR İstiqrazlarının nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % təşkil edir. İstiqrazlar üzrə faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilir.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilən SOCAR İstiqrazları üzrə onun sahiblərinə ümumi qazancı 10 milyon 125 min ABŞ dollarına çatıb. 5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.
27 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 40 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 700-ə yüksəlməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1 000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi mayın 1-də baş tutacaq.
Oxşar xəbərlər
“AzerGold”un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
“AzerGold”un istiqrazlarına 65 investor maraq göstərib
"AzerGold"un yeni istiqraz emissiyasının əlavə parametrləri açıqlanıb
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
