Azərbaycan İsveç ilə Xəzərdə külək enerji layihələrində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan İsveç ilə Xəzərdə külək enerji layihələrində əməkdaşlığı müzakirə edib


Azərbaycan ilə İsveç Xəzər dənizində külək enerji layihələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, müzakirə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ilə görüşündə aparılıb.

Bildirilib ki, görüşdə İsveçin "Emtunga" şirkətinin nümayəndələri də iştirak edib:

Məlumata görə, görüşdə Xəzər dənizi və quruda külək enerjisi potensialı və həyata keçirilən layihələr, o cümlədən “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələri barədə məlumat verilib.

Hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və "yaşıl enerji" keçidi təcrübəsi bölüşülüb".

Həmçinin Azərbaycanda keçirilmiş COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.

Oxşar xəbərlər

Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB
Azərbaycan “Masdar”la enerji saxlanc sistemlərinin qurulmasını müzakirə edib
Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle