Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 7 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 7 %-ə yaxın artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41 milyard 625,4 milyon kubmetr təbii qaz hasil edilib.

“Sizinxeber.az”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 31 milyard 727 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,7 %, əmtəəlik qaz hasilatı isə 6,8 % artıb.

Ötən 10 ay ərzində Azərbaycanda 24 milyon 147,8 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 24 milyon 092,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 3,7 %, əmtəəlik neftin həcmləri isə 3,5 % azdır.

Oxşar xəbərlər

Azərbaycanda əmtəəlik qaz hasilatı 4 %-dən çox artıb
Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb
Azərbaycanda əmtəəlik qaz hasilatı 5 %-dən çox artıb
Azərbaycanda mədənçıxarma sənayesi istehsalı 27 mlrd. manatı ötüb
Azərbaycanın qaz yataqlarında məhsul istehsalı 5%-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle