Azərbaycanın qaz yataqlarında məhsul istehsalı 5%-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın qaz yataqlarında məhsul istehsalı 5%-dən çox artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qaz yataqlarından 25 976,33 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 5,61% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən təbii qazın 25 506,48 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,52% çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın qaz yataqlarından 33 410,7 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 6,7% çoxdur. Hesabat dövründə Azərbaycanda istehsal edilən təbii qazın 32 848,64 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb, bu da illik müqayisədə 6,9% artım deməkdir.

Oxşar xəbərlər

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il qaz kondensatının istehsalı 6%-dək artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda az kükürdlü xam neftin istehsalı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il mədənçıxarma sənayesi istehsalı 30 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əmtəəlik qaz hasilatı 5 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər