Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 29 milyard 457,2 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 22 milyard 510,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,3 %, əmtəəlik qaz hasilatı isə 6,4 % artıb.

Ötən 7 ay ərzində Azərbaycanda 16 milyon 950,1 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 16 milyon 913,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 4,4 %, əmtəəlik neftin həcmləri isə 4,3 % azdır.

Oxşar xəbərlər

Azərbaycan əmtəəlik qaz hasilatını 6%-dən çox artırıb
Azərbaycanda 7 ayda 17 milyon ton neft hasil edilib
SOCAR ötən il üçün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Azərbaycanın əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb
Azərbaycanda 7 ayda 30 milyard kubmetrə yaxın təbii qaz hasil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər