Pərviz Şahbazov: “EİB Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır”
Avropa İnvestisiya Bankı (EİB) Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycanda səfərdə olan EİB-in vitse-prezidenti Tereza Çervinska ilə ölkəmizin “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə fikir mübadiləsi aparılıb.
P. Şahbazov qeyd edib ki, “yaşıl enerji dəhlizləri”, enerji şəbəkələri, hidrogen və enerji səmərəliliyi sahələrində bankla investisiya əməkdaşlığı imkanları dəyərləndirilib.
-da iştirak məqsədilə Azərbaycanda səfərdə olan İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə ölkəmizin istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə fikir mübadiləsi apardıq.…
— Parviz Shahbazov (@ParvizShahbazov)
Oxşar xəbərlər
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Pərviz Şahbazov: “Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq”
Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir"
Almaniyada Azərbaycanın beynəlxalq yaşıl enerji siyasətinin istiqamətləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
