Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir"
2030-cu ilədək bərpa olunan enerji potensialının 3 dəfə, enerji səmərəliliyinin isə 2 dəfə artırılması ilə bağlı götürülmüş öhdəliklər sadəcə bir meyar deyil, 1,5 dərəcə hədəfinə nail olunması üzrə kollektiv öhdəliyin əsasıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.
O qeyd edib ki, ötən il Azərbaycanda bərpa olunan enerji mənbələrinin gücü 373,6 meqavat artıb.
“Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji zonaları”nın yaradılması xalis sıfıra ümummilli keçidin əsasını təşkil edir. 2030-cu ilə qədər biz 7 giqavat “yaşıl enerji” istehsal etməyi planlaşdırırıq ki, bunun da 70 %-i ixrac ediləcək”, - energetika naziri bildirib.
P. Şahbazov vurğulayıb ki, Azərbaycan 3 “yaşıl” dəhlizin, o cümlədən “Black Sea Energy” sualtı elektrik kabeli layihəsinin yaradılmasının təşəbbüskarlarından biridir.
"Bu “yaşıl enerji” dəhlizləri daha geniş coğrafiyada - Mərkəzi Asiyadan Avropaya qədər “yaşıl enerji keçidi”nə mühüm töhfə verəcək", - o əlavə edib.
Nazir vurğulayıb ki, Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də milli və regional miqyasda bərpa olunan enerji mənbələrinin potensialının artırılmasına kömək edən irimiqyaslı milli və transsərhəd layihələr həyata keçirir.
Oxşar xəbərlər
Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji sektorunda istifadəyə veriləcək gücü açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: 2030-cu ilə qədər 7 qiqavat gücündə yaşıl enerji layihələri reallaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: COP29 dünyada “xalis sıfır”a nail olmaq üçün enerji təşəbbüslərini formalaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












