Çin Azərbaycanla BOEM sahəsində fəal əməkdaşlığa ümid edir
Çin Azərbaycanla bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlığın fəal inkişafına ümid edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Çinin Bakıdakı səfiri Lu Mey bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, təmiz enerji sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik münasibətlərdə mühüm yer tutur.
"Çin Azərbaycanla BOEM sahəsində əməkdaşlığın fəal inkişafına, iki ölkənin enerji transformasiyasına və davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə, həmçinin birlikdə təmiz enerji sahəsində qlobal tərəfdaşlığın yaradılmasına ümid edir", - səfir qeyd edib.
O vurğulayıb ki, iki ölkənin "yaşıl inkişaf” konsepsiyaları əhəmiyyətli dərəcədə üst-üstə düşür və "yaşıl enerji" sahəsində bir-birini tamamlayan üstünlüklər əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Diplomat xatırladıb ki, 2023-cü ilin oktyabrında istifadəyə verilən 230 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası Mərkəzi Asiya və Cənubi Qafqazda bu cür ən böyük layihədir və “yaşıl enerji” sahəsində Çin-Azərbaycan əməkdaşlığının etalonuna çevrilib.
Onun sözlərinə görə, Çin şirkətləri həmçinin Azərbaycanda 240 MVt gücündə külək enerjisi layihəsini həyata keçirir və Füzulidə 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi barədə razılığa gəlib.
"Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycan Energetika Nazirliyi Çin şirkətləri ilə bir sıra əməkdaşlıq sənədləri imzalayıb. Xüsusilə Çin Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə investisiya qoyur və Azərbaycanla enerji saxlama, enerji sistemlərinin planlaşdırılması və ofşor külək enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır", - L.Mey bildirib.
O, həmçinin Azərbaycanda təmiz enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin populyarlığının artdığını qeyd edib.
"NIO avtomobilləri Azərbaycan tərəfinin təşkil etdiyi COP29 konfransının yeganə VIP nəqliyyat vasitəsi olub. BYD şirkəti Azərbaycana 100 ədəd elektrik enerjisi doldurma qurğusu və 160 elektrobus tədarükü haqqında müqavilə imzalayıb, həmçinin ölkədə elektrik mühərrikli avtobus istehsalı xəttinin yaradılmasına investisiya qoyur", - səfir əlavə edib.
Oxşar xəbərlər
Din Tao: “COP29-da Çinin BOEM üzrə aparıcı şirkətləri Azərbaycanla sazişlər imzalayıb”
BOEM və enerji keçidi Azərbaycan və Səudiyyə Ərəbistanı üçün strateji prioritetlərdir
Bolqarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafına ümid edir
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Ekspert: "Yaşıl enerji” Azərbaycan və Peru arasında əməkdaşlığın əsasını təşkil edə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












