Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb
sizinxeber.az xəbər saytı

Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb


Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) saytında yerləşdirilən məlumatda deyilir.

Açıqlamada qeyd olunur ki, EWRC fevral ayında təbii qazın qiymətini bir MVt/saat üçün 84,34 lev (45 USD) səviyyəsində müəyyən edib ki, bu da yanvar göstəricisindən 3 % çoxdur.

Qiymətə Bolqarıstan-Yunanıstan qaz kəməri (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının bütün müqavilə həcmi daxildir.

Qeyd edək ki, Azərbaycandan Bolqarıstana qaz tədarükü TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. Azərbaycan qazının IGB vasitəsilə bu ölkəyə tədarükünə 2022-ci ilin oktyabrın 1-dən başlanılıb.

Oxşar xəbərlər

Macarıstan Bolqarıstanı Şengen zonasına buraxdı
Azərbaycan Türkiyəyə qaz nəqlini 12 %-dən çox artırıb
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 % artırıb
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması istiqamətində işlər tamamlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle