SOCAR: Bakı-Supsa kəməri Qara dənizdəki NEZ-də neft emalı üçün strateji əhəmiyyətini qoruyur
Bakı-Supsa boru kəməri xüsusiyyətlərinə görə Qara dəniz sahilində yerləşən neft emalı zavodlarında (NEZ) emal üçün ən uyğun olan neftə malik şirkətlər üçün mühüm rəqabət üstünlüklərinə sahibdir.
“Report” xəbər verir ki, bunu “SOCAR Midstream Operations” şirkətinin Biznesin inkişafı şöbəsinin rəhbəri Rüfət Qəmbərov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat forumu”nda bildirib.
O, neft kəmərinin 1999-cu il aprelin 17-də istismara verildiyini xatırladıb.
"Hazırda məlum səbəblərdən boru kəməri ilə neft nəqli dayandırılıb. Lakin marşrut neft istehsalçıları və treyderlər üçün cəlbediciliyini qoruyur. Çünki Bolqarıstan və Rumıniyada NEZ-in təchizatı üçün yararlıdır", - R.Qəmbərov qeyd edib.
Onun sözlərinə görə, neftin kimyəvi tərkibini və Qara dənizdə müvafiq infrastrukturun mövcudluğunu nəzərə alaraq, Bakı-Supsa uzunmüddətli perspektivdə strateji əhəmiyyətini qoruyur.
"Əminik ki, zamanla boru kəmərinin işinin dayandırılmasına təsir edən şərtlər dəyişəcək. “SOCAR Midstream” SOCAR-ın bir hissəsi olaraq və dövlətin maraqları naminə onun gələcək istifadəsi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır", - şöbə müdiri əlavə edib.
Qeyd edək ki, uzunluğu 837 km, diametri isə 530 mm olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində inşa edilib. Onun ötürücülük qabiliyyəti ildə 7,5 milyon ton neft təşkil edir.
Oxşar xəbərlər
Ötən il Bakı-Supsa boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb
Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb
Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlinin həcmini artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
