Bakı logistika və neft ticarəti üzrə mühüm foruma ev sahibliyi edəcək
Aprelin 23-24-də Bakıda Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika üzrə İkinci forum keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, enerji və nəqliyyat bazarlarının iştirakçıları üçün mühüm hadisələrdən biri olan bu tədbir cari geosiyasi reallıqlarda Orta Dəhlizin artan rolu fonunda keçiriləcək. Bu dəhliz Şərqlə Qərb arasında xam neft, neft məhsulları və neft-kimya məhsullarının tədarükü üçün kritik əhəmiyyətli marşrut statusunu qazanır.
Forum bu sahənin aparıcı nümayəndələrini, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Petronas", "KMG Kashagan" şirkətləri, "Pakistan Dəmir Yolları" və Qara dəniz Terminalının top-menecerlərini bir araya gətirəcək.
Şərqlə Qərb arasında dayanıqlı logistika marşrutlarının inkişafı, Xəzər regionunun infrastrukturunun genişləndirilməsi, geosiyasi risklərin idarə edilməsi və vahid ticarət əməkdaşlığı mexanizmlərinin tətbiqi əsas müzakirə mövzusudur.
Forum regionun Asiya və Avropa arasında strateji enerji körpüsü kimi rolunun möhkəmləndirilməsi və praktiki həllərin işlənib hazırlanması üçün əsas platformaya çevriləcək.
"Sizinxeber.az" İnformasiya Agentliyi tədbirin rəsmi media-tərəfdaşı olacaq.
Oxşar xəbərlər
Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
“Wood Mackenzie”: Yerüstü logistikanın inkişafı Qazaxıstandan neft ixracının artımına kömək edir
Bakıda "dəhlizlər, yüklər, infrastruktur” mövzusunda konfrans və sərgi keçiriləcək
SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
