Rəsmi Moskva Ermənistandan bəzi məhsulların idxalına qadağa qoyulmasının məqsədini açıqlayıb
sizinxeber.az xəbər saytı

Rəsmi Moskva Ermənistandan bəzi məhsulların idxalına qadağa qoyulmasının məqsədini açıqlayıb


Rusiya Ermənistandan idxala qoyulan qadağadan sonra meyvə-tərəvəz tədarükünü digər bazarlardan, o cümlədən daxili bazarlardan əvəz edə biləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Onun sözlərinə görə, qadağa Ermənistan üçün problem yarada bilər, amma Rusiya bazarı üçün yox: "Ermənistan üçün bəli, problem yarada bilər. Rusiya bazarı üçün bunlar yerli istehsalla və digər bazarlardan asanlıqla əvəz edə biləcəyimiz həcmlərdir. Burada kritik bir şey yoxdur".

Rusiyalı nazir vurğulayıb ki, Ermənistan rəhbərliyinin seçdiyi yol gec-tez respublikanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala bilməməsinə gətirib çıxaracaq: "Həmkarlarımızın seçdiyi yol, əlbəttə ki, gec-tez Aİİ-də qalmağın mümkünsüzlüyünə gətirib çıxaracaq".

Reşetnikov Rusiyanın Ermənistandan müəyyən malların idxalına qoyduğu qadağaların hadisələrin mənfi inkişafının qarşısını almaq məqsədi daşıdığını söyləyib.

Nazir kənd təsərrüfatı sektorundakı məhdudiyyətlərin Rusiya üçün kritik olmadığını, lakin daha həssas məsələlərin qazla bağlı olacağını vurğulayıb.

Oxşar xəbərlər

Kreml: Putin və Ermənistan baş nazirinin müavininin Astanada ayrıca görüşü planlaşdırılmır
Zaxarova: Ermənistan məhsullarını nə Avropada, nə də ABŞ-də heç kim gözləmir
Zaxarova rusiyalı politoloqun Ermənistana girişinə qadağa qoyulmasına münasibət bildirib
Rusiya nüvə silahı sınağı keçirə bilər
Rusiya Ermənistandan gələn meyvə-tərəvəzlə də bağlı problemlərin olduğunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər