SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq
sizinxeber.az xəbər saytı

SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.

Bildirib ki, SOCAR fəaliyyət istiqamətlərini genişləndirərək enerji və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrə investisiya yatırır: "SOCAR fəaliyyətə neft şirkəti kimi başlayıb, daha sonra neft-qaz şirkətinə, sonrakı mərhələdə isə bərpa olunan enerji mənbələrini və kombinə edilmiş qaz-turbin elektrik stansiyalarını portfelinə daxil etməklə enerji şirkətinə çevrilib. Şirkətin növbəti inkişaf mərhələsi data mərkəzləri və süni intellekt infrastrukturu sahəsi ilə bağlıdır. Enerji sektorundakı bir çox şirkətlər kimi, biz də data mərkəzləri və süni intellekt sahəsinə investisiya yatırırıq. Uzunmüddətli perspektivdə rəqabətqabiliyyətli qalmaq üçün bu istiqamət strateji əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, bu yaxınlarda imzalanan müqavilələrdən biri Azərbaycanda data mərkəzi və süni intellekt mərkəzinin yaradılmasını nəzərdə tutur: "Şirkətin fəaliyyəti artıq yalnız Azərbaycanla məhdudlaşmır və müxtəlif ölkələrdə həyata keçirilən investisiyalar hesabına qlobal iştirakını genişləndirir. Transformasiya prosesi şirkətin insan kapitalının strukturunda da özünü göstərir. Belə ki, son illərdə SOCAR-da çalışan xarici mütəxəssislərin sayı artıb, müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə şirkətlərdə və rəhbər vəzifələrdə beynəlxalq təcrübəyə malik mütəxəssislər daha geniş təmsil olunmağa başlayıb. Əvvəllər SOCAR əsasən yerli insan kapitalına əsaslanırdısa, bu gün şirkət beynəlxalq kadr potensialına malik qlobal enerji şirkətinə çevrilib".

Oxşar xəbərlər

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"
Rövşən Nəcəf: "Süni intellektin inkişafı enerji tələbatına təsir göstərə bilər"
SOCAR xarici şirkətlərin Azərbaycanda enerji layihələrinə qata biləcəyi dəyəri təhlil edir
Rövşən Nəcəf: “Dekarbonizasiya fəaliyyətləri ilə bağlı xərclər ildən-ilə azalacaq”
Rövşən Nəcəf: "Azərbaycan qaz hasilatını artıraraq tərəfdaş ölkələrə tədarükü genişləndirəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər