Rövşən Nəcəf: "Azərbaycan qaz hasilatını artıraraq tərəfdaş ölkələrə tədarükü genişləndirəcək"
sizinxeber.az xəbər saytı

Rövşən Nəcəf: "Azərbaycan qaz hasilatını artıraraq tərəfdaş ölkələrə tədarükü genişləndirəcək"


Azərbaycan qaz hasilatını artıraraq tərəfdaş ölkələrə tədarükü genişləndirəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunan "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib.

O bildirib ki, Azərbaycanın əsas prioriteti regiondakı müştərilərinə dayanıqlı və etibarlı enerji təchizatını təmin etmək və regional enerji təhlükəsizliyinə töhfə vermək olaraq qalır: "Şirkətin əsas fəlsəfəsi etibarlı təchizatın təmin edilməsidir və bu yanaşma dəyişməyib, gələcəkdə də dəyişməyəcək. Ötən illə müqayisədə Azərbaycanın qaz ixrac etdiyi coğrafiya daha da genişlənib. Hazırda təchizat regionuna Avropa, Gürcüstan və Türkiyə ilə yanaşı, Suriya da daxildir".

R.Nəcəf qeyd edib ki, Azərbaycan artıq Suriya bazarına da qaz tədarük edir: "Tərəfdaşlarımız daha çox qazın dayanıqlı şəkildə tədarük olunmasında maraqlıdırlar. Mövcud şəraitdə Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab olunur".

Oxşar xəbərlər

SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
SOCAR-ın prezidenti İtaliyada bir sıra görüşlər keçirib
SOCAR və bp qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
Rövşən Nəcəf: “Dekarbonizasiya fəaliyyətləri ilə bağlı xərclər ildən-ilə azalacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər