Rövşən Nəcəf: "Süni intellektin inkişafı enerji tələbatına təsir göstərə bilər"
sizinxeber.az xəbər saytı

Rövşən Nəcəf: "Süni intellektin inkişafı enerji tələbatına təsir göstərə bilər"


Süni intellekt texnologiyalarının və data mərkəzlərinin sürətli inkişafı qlobal enerji tələbatına ciddi təsir göstərə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.

Onun sözlərinə görə, hazırda süni intellektin enerji istehlakına təsirini dəqiq proqnozlaşdırmaq çətindir: "Çünki texnologiyanın inkişaf sürəti çox yüksəkdir və gələcəkdə bu sistemlərdən istifadə edəcək bir çox potensial istifadəçi hələ formalaşmayıb. Süni intellekt həyatın bütün sahələrində geniş tətbiq olunacaq. Bu isə daha çox hesablama gücü, nəticə etibarilə isə daha çox enerji tələbatı deməkdir".

R.Nəcəf qeyd edib ki, enerji tələbatının artımı bəzi proqnozlarda göstərilən 1 %-lik səviyyədən daha yüksək ola bilər: "Baza yükünün təmin edilməsi məsələsi və nüvə enerjisi ilə bağlı gələcək siyasi qərarlar da bu prosesə təsir göstərəcək. Bu qərarlardan asılı olaraq enerji tələbatındakı artım 2 %-dən də çox ola bilər. Bununla bağlı əsas qərarlar növbəti beş-altı il ərzində qəbul ediləcək".

Oxşar xəbərlər

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"
Rövşən Nəcəf: "Azərbaycan qaz hasilatını artıraraq tərəfdaş ölkələrə tədarükü genişləndirəcək"
SOCAR xarici şirkətlərin Azərbaycanda enerji layihələrinə qata biləcəyi dəyəri təhlil edir
Azərbaycan WEF ilə birgə enerji sahəsində süni intellektin tətbiqi layihəsini həyata keçirir
Rövşən Nəcəf: “Dekarbonizasiya fəaliyyətləri ilə bağlı xərclər ildən-ilə azalacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər