Fevralda BTC ilə neft ixracı 1 % azalıb
sizinxeber.az xəbər saytı

Fevralda BTC ilə neft ixracı 1 % azalıb


Bu ilin fevralında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə gündəlik 519 min barel neft ixrac edilib.

Bu barədə "Sizinxeber.az" mənbələrə istinadən xəbər verir.

Bu ilin fevralında BTC ilə neft nəqli yanvar ayı ilə müqayisədə 1 % və ya sutkada 5 min barel azalıb.

2025-ci ilin fevral ayı ilə müqayisədə BTC boru kəməri ilə neft nəqli 12 % və ya 69 min barel azalıb.

Xatırladaq ki, 2025-ci ildə BTC kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Oxşar xəbərlər

Birinci yarımildə Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 4 %-ə yaxın azalıb
Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 13 %-dən çox azalıb
Azərbaycan iki ayda 4 milyon tona yaxın neft-kondensat ixrac edib
Azərbaycanda I rübdə 7 milyon tona yaxın neft-kondensat hasil edilib
Azərbaycan 4 ayda 9 milyon tondan çox neft-kondensat hasil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər