Qazaxıstanın Energetika Nazirliyi 8 ay ərzində BTC ilə neft tranzitinin həcmini açıqlayıb
Bu ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstan neftinin tranzit həcmi 0,9 milyon ton təşkil edib.
Bu barədə “Report”un Qazaxıstan bürosuna ölkənin Energetika Nazirliyindən məlumat verilib.
“Bu ilin 8 ayı ərzində BTC ilə 0,9 milyon ton neft nəql edilib”, - məlumatda bildirilib.
Nazirlikdən qeyd olunub ki, ümumilikdə cari ildə 1,5 milyon ton Qazaxıstan neftinin BTC ilə sonrakı ixracı üçün Aktau limanından Bakıya tədarükü planlaşdırılır.
"Danışıqlar nəticəsində Azərbaycan tərəfi qəbul edilən Qazaxıstan neftinin həcmini ildə 2,2 milyon tona çatdırmağa hazır olduğunu bildirib", - məlumatda vurğulanıb.
Xəbər verildiyi kimi, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib.
Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan marşrutu ilə illik həcmi 1,5 milyon ton olan neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə bağlanılıb.
Gülpaş Konırova
Oxşar xəbərlər
Qazaxıstan neftinin BTC ilə tranzitinin həcminin artırılması müzakirə edilir
“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini 2,4 dəfə artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
