Nazir: “Serbiya və Azərbaycan qış dövrü üçün qaz tədarükü həcmlərini razılaşdırıb”
Qarşıdan gələn istilik mövsümündə Serbiyaya gündəlik sabit tariflə 100 min kubmetr və çevik tariflə 1 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükü planlaşdırılır.
Bunu “Sizinxeber.az”a müsahibəsində Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç bildirib.
“2025-2026-cı illərin qış mövsümündə tədarük həcmlərinin gündəlik 2 milyon kubmetrə qədər artırılması planlaşdırılır. Müvafiq müqavilələrin bağlanması prosesinin yaxın həftələrdə başa çatacağını gözləyirik”, - o bildirib.
Ötən istilik mövsümündə Azərbaycan Serbiyaya gündəlik 1-1,7 milyon kubmetr təbii qaz tədarük edib.
Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasında qaz satışına dair müqavilə imzalanıb. Müqavilədə 2024-2026-cı illərdə Azərbaycandan Serbiyaya ildə 400 milyon kubmetrə qədər qazın nəql olunması nəzərdə tutulub.
Bundan başqa, 2024-cü il sentyabrın 26-da SOCAR və “Srbijagas” arasında 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında Serbiyaya əlavə gündəlik 1 milyon kubmetr Azərbaycan qazının təchizatını nəzərdə tutan müqavilə imzalanıb.
Həmçinin bildirilib ki, Azərbaycan Serbiyaya qaz tədarükünün həcmini mərhələli şəkildə ildə 1 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Müsahibənin tam versiyası ilə bu link vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Cedoviç-Handanoviç: “Serbiya Azərbaycandan gündəlik 2 milyon kubmetrə qədər qaz tədarükü gözləyir"
Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
Dubravka Djedoviç: “Serbiya bu qış Azərbaycandan qaz nəqlinin artırılması ilə enerji təhlükəsizliyini gücləndirəcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
